!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə karantin qaydalarına DƏYİŞİKLİK edildi

!Reklam – Yazi

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca, videokonfrans vasitəsilə keçirilən Koronavirus Elmi Komitəsinin iclasından sonra ölkədə koronavirusa yoluxmuş şəxslərin karantində qalmaq müddəti ilə bağlı dəyişiklər edildiyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, nazirin rəsmi “Twitter” səhifəsində yerləşdirilmiş açıqlamada bildirilir ki, iclasda epidemiya ilə bağlı məsələlər, karantin qaydaları və peyvənd proqramı müzakirə olunub. Nazir həmçinin vurğulayıb ki, koronavirusun “omicron” ştammı, gözlənildiyi kimi, yoluxanların sayında əhəmiyyətli artıma səbəb olub.

“Koronavirusa yoluxanların karantin müddəti 7 gün müəyyən edilib. 7-ci gündən sonra yüngül və ya simptomları olmayan insanlar üçün karantin müddəti başa çatır. Onlar 5-ci gün testdən keçərsə və testin nəticəsi mənfi olarsa, karantin müddəti başa çatır”, – deyə Koca bildirib.

O, əlavə edib ki, məktəblərdə maskadan istifadə, gigiyena qaydalarına riayət etmək və otaqların havalandırılması qaydalarına tam riayət etmək tələb olunur.

“Məktəblərdə əyani tədris davam edəcək. Ölkəmizdəki bütün qurumlar bağlanmayana qədər məktəblərimiz bağlanmayacaq”, – deyə Fahrettin Koca vurğulayıb.

 

 

www.yenicag.az

368
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv