Türkiyədə karantin rejimi qismən yumşaldılır

Türkiyədə koronavirus pandemiyasına görə elan edilmiş xüsusi karantin rejiminin bir sıra qaydaları yumşaldılacaq.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bu buradə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə məlumat verib.

Məlumata görə, mayın 11-dən ticarət mərkəzlərinin (AVM) fəaliyyəti bərpa ediləcək.

65 yaşdan yuxarı və 20 yaşdan aşağı vətəndaşlara mayın 13-də 4 saat müddətinə evdən çıxmağa icazə veriləcək. Bu yumşaldılma saat 11:00-dan 15:00-dək qüvvədə olacaq.

Bərbərxana və gözəllik salonlarının fəaliyyəti bərpa olunacaq.

Ölkənin 31 vilayətindən 7-də şəhər və rayonlararası giriş-çıxışlara qoyulmuş məhdudiyyətlər bu gecədən aradan qaldırılacaq.

Digər 24 vilayətdə şəhər və rayonlararası giriş-çıxışlara qoyulmuş məhdudiyyətlər 15 gün müddətinə uzadılıb. Eyni zamanda həftəsonu yenidən komendant saatı tətbiq ediləcək.