Türkiyədə kater batdı: Azı 9 ölü

Türkiyədə kater qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, hadisə Antalya sahillərində baş verib.

Avropa ökələrinə qanunsuz yolla keçmək istəyən qeyri-leqal miqrantları daşıyan kater batması nəticəsində 9 miqrant həlak olub. Daha 5 nəfər isə xilas edilib. Ölənlərdən 6-nın uşaq olduğu bildirilir.

Qəza nəticəsində 1 nəfər itkin düşüb. Onun axtarışı davam etdirilir.