Türkiyədə keçirilən prezident seçkilərində səsvermə başa çatdı

Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda səsvermə prosesi başa çatıb.

Yenicag.az xəbər verir ki, səsvermə yerli saatla 17:00-da sonlanıb.

Yaxın saatlarda ölkənin Ali Seçki Şurasının seçki yasaqlarını aradan qaldırması və ilkin nəticələrin sistemə yansıdılması gözlənilir.

Qeyd edək ki, seçkilərin ikinci turunda hazırki prezident Rəcəb Tayyib Ərdoğanla müxalifət bloqunun namizədi Kamal Kılıçdaroğlu mübarizə aparır.