Türkiyədə kömür mədəni çökdü – Ölən və yaralanan var

Türkiyənin Zonquldağ vilayətində Türkiyə Daşkömürü Müəssisəsinə (TTK) aid mədən çöküb.

Yenicag.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki mədən işçisi – Harun Kara və Tevfik Soy dağıntılar altında qalıb. Onlardan biri sağ çıxarılsa da, digərinin həyatını xilas etmək mümkün olmayıb.

Harun Kara təcili yardımla Zonguldağ Atatürk Dövlət Xəstəxanasına aparılıb.

Fakt araşdırılır./unikal

COP29