Türkiyədə koronavirus daha 203 can aldı

Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb.

Yenicag.az ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 358 min 326 test aparılıb, 27 min 474 nəfərdə koronavirus aşkarlanıb.

Nazirliyin yayımladığı rəqəmlərə görə, son sutkada daha 203 nəfər koronavirusdan vəfat edib, 30 min 584 nəfər müalicə olunaraq sağalıb.