Türkiyədə koronavirus DƏHŞƏTİ – Bir gündə 95 nəfər öldü

Türkiyədə son 24 saat ərzində daha 95 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 1101 nəfərə çatıb.

Ölkədə 5 138 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 52 167 nəfərə yüksəlib