Türkiyədə koronavirus KABUSU – Bir gündə 93 ölü

Türkiyədə son 24 saat ərzində daha 93 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Yenicag.az-ın məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 3 174 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 615 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 120 204 nəfərə çatıb.

Nazir əlavə edib ki, sağalanların ümumi sayı 48 886 nəfər təşkil edir.