Türkiyədə koroanvirusdan ölənlərin sayı 425 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Məlumata görə, son bir gündə 69 nəfər COVİD-19-un qurbanı olub, daha 2 786 koronavirusa yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 20 921 nəfərə çatıb,
F.Koca vurğulayıb ki, hazırda 1 251 pasiyentin vəziyyəti ağır olaraq qiymətləndirilir, indiyədək 484 xəstə isə sağalaraq evə buraxılıb.