Türkiyədə koronavirusa yoluxanların sayı 263 mini ötdü

Türkiyədə son sutka ərzində koronavirusdan daha 26 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 6 209 nəfərə çatıb.

Son sutkada COVID-19-a 1 491 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 263 998-ə yüksəlib, 240 792 nəfər isə sağalıb.