Türkiyədə koronavirusa yoluxanların sayı artdı – STATİSTİKA

Türkiyədə koronavirusa yoluxma hallarının sayı bir gün ərzində 1,6 min artaraq, 10 827-ə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

“Bu gün 11 535 test keçirilib, onlardan 1 610-u müsbət olub, bizdə 10 827 koronavirusa yoluxmuş xəstə var. Bu gün 37 pasiyent itirdik, ölənlərin ümumi sayı 168 nəfərdir. Cəmi 162 pasiyent sağaldı, 725 nəfər reanimasiyadadır”, – deyə bildirib.