Türkiyədə koronavirusa yoluxanların sayı artdı

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

Yenicag.az ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir ki, Türkiyədə son 24 saat ərzində 270 min 426 nəfər koronavirus testindən keçib, 22 min 898 nəfərdə COVID-19 aşkarlanıb.

Son sutka ərzində 91 nəfər koronavirusun qurbanı olub, 5 min 947 nəfər sağalıb.