Türkiyədə son sutka ərzində 223 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saatda 10 min 174 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 127 min 548, pandemiya qurbanlarının sayı isə 44 min 983 nəfərə çatıb.
Türkiyədə indiyədək 4 milyon 961 min 120 pasiyent (son sutkada 13 min 864 nəfər) sağalaraq evə buraxılıb.