Türkiyədə koronavirusa yoluxma sayı azaldı

Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb.

Yenicag.az ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 450 min 44 test aparılıb, 98 min 602 nəfərdə koronavirus aşkarlanıb.

Nazirliyin yayımladığı rəqəmlərə görə, son sutkada daha 264 nəfər koronavirusdan vəfat edib, 87 min 932 nəfər müalicə olunaraq sağalıb.