Türkiyədə koronavirusa yoluxma sayı azaldı

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

Yenicag.az xəbər verir ki, son sutka ərzində 223 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Bildirilib ki, son 24 saatda 10 min 512 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 117 min 374, pandemiya qurbanlarının sayı isə 44 min 760 nəfərə çatıb.

Türkiyədə indiyədək 4 milyon 947 min 256 pasiyent (son sutkada 14 min 418 nəfər) sağalaraq evə buraxılıb.