Türkiyədə koronavirusa yoluxmada REKORD

Türkiyədə koronovirusa sutkalıq yoluxma sayı növbəti dəfə rekord həddə çatıb.

Yenicag.az Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkədə 42 308 nəfərdə koronovirusa yoluxma faktı aşkarlanıb.

Yoluxmadan 179 nəfərin ölümü təsdiqlənib. 2182 xəstənin vəziyyəti ağırdır. Ümumilikdə koronovirusdan ölənlərin sayı 31 892 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyədə COVID -19 infeksiyasının yayılması sürətləndiyi üçün bu gün saat 21.00-dan etibarən ölkənin 58 vilayətində şənbə günləri də küçəyə çıxma məhdudiyyəti yenidən tətbiq olunmağa başlanıb.