Türkiyədə koronavirusdan daha 115 nəfər öldü

Türkiyədə yenı növ koronavirusdan bu gün daha 115 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

“Bununla da ölənlərin sayı 1 518 nəfərə çatıb. Son 24 saatda 34 090 şübhəli koronavirus testindən keçib, onlardan 4 281-nin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 69 392 nəfərdir. Bu gün daha 875 pasiyent sağaldı, sağalanların ümumi sayı 5 674 nəfərdir””, – deyə nazir bildirib.

COP29