Türkiyədə yeni növ koronavirusdan bu gün daha 117 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
“Bununla da ölənlərin sayı 2 376 nəfərə çatıb. Son 24 saatda 37 535 şübhəli koronavirus testindən keçib, onlardan 3 083 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 98 674 nəfərdir. Sağalanların ümumi sayı 16 477 nəfərə çatdı”, – deyə nazir bildirib.