Türkiyədə koronavirusdan daha 69 nəfər vəfat etdi

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 69 nəfər vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin paylaşdığı son statistika cədvəlində qeyd olunub.

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 9891 nəfər COVID-19 infeksiyasına yoluxub.

Gün ərzində yeni növ koronavirusdan sağalan xəstələr 5947, ağır xəstələr isə 1215 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 711 479 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 578 181 nəfər sağalıb, 28 638 nəfər isə həyatını itirib.

Loading...