Türkiyədə koronavirusdan gün ərzində 186 nəfər ÖLDÜ

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 186 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 341 426 nəfər test edilib, onların 24 114-nün koronavirus testi pozitiv nəticə verib, 24 403 nəfər sağalıb.

Nazirliikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 113 971 512 peyvənd tətbiq edilib ki, bunun 88,38 faizi birinci, 76,21 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.