Türkiyədə koronavirusdan ölənlərin sayı 1 403 nəfərə çatdı

Türkiyədə yenı növ koronavirusdan bu gün daha 107 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

“Bununla da ölənlərin sayı 1 403 nəfərə çatıb. Son 24 saatda 33 070 şübhəli koronavirus testindən keçib, onlardan 4 062-nin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 65 111 nəfərdir. Onlardan 1809 nəfəri reanimasiyadadır, 4799 nəfərin isə müalicəsi müsbət nəticə verib. Müalicə olunan 842 xəstə bu gün evə buraxılıb”, – deyə nazir bildirib.

COP29