Türkiyədə yenı növ koronavirusdan bu gün daha 125 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
“Bununla da ölənlərin sayı 1 643 nəfərə çatıb. Son 24 saatda 40 427 şübhəli koronavirus testindən keçib, onlardan 4 801-nin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 74 193 nəfərdir”, – deyə nazir bildirib.