Türkiyədə son sutkada 61 400 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib. İndiyədək 4 086 957 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Gündəlik statistikaya əsasən, son 24 saatda 297 nəfər COVID-19-dan dünyasını dəyişib. Bu infeksiyadan ölənlərin ümumi sayı 35 031 nəfərdir.
Hazırda ölkə üzrə 516 886 aktiv koronavirus daşıyıcısı var ki, onlardan 3080 koronaviruslu xəstənin vəziyyəti ağırdır.
Türkiyədə indiyədək 3 535 040 nəfər (son sutkada 54 894 nəfər) müalicə olunaraq sağalıb.