Türkiyədə son sutka ərazində koronavirusdan daha 21 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 5 955 nəfərə çatıb.
Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 256 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 248 117-ə yüksəlib.