Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyədə koronavirusdan ölənlərin sayı 6121 nəfərə çatdı - STATİSTİKA

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından 19 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində məlumat yayıb.

Məlumata görə, ölkədə son sutka ərzində 80 302 şübhəli koronavirus testindən keçib, onlardan 1217-nin  cavabı pozitiv çıxıb, ağır xəstə sayı 783 nəfər olub, 795 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 258 249 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 237 165 nəfər sağalıb, 6121 nəfər ölüb.

Nazir son günlər ağır xəstə sayının artmasından narahatlığını ifadə edib.

www.yenicag.az

321