!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə koronavirusdan ölənlərin sayı 7056 nəfərə çatdı

!Reklam – Yazi

Türkiyədə son sutka ərzində koronavirusdan daha 57 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində məlumat verib.

Qeyd  olunub ki, son 24 saatda 96 097 şübhəli koronavirus testindən keçib, onlardan 1527-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1267 nəfər olub, 1102  xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 291 162 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 258 833 nəfər sağalıb, 7056 nəfər ölüb.

www.yenicag.az

670
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv