Türkiyədə son sutka ərzində daha 61 nəfər koronavirusdan ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahretti Koca bildirib.
Bununla da Türkiyədə pandemiya qurbanlarının sayı 7 506 nəfərə çatıb.
Son sutkada daha 1 519 nəfərdə koronavirus aşkarlanıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 302 867 nəfərə yüksəlib. Ölkədə 1 456 nəfər ağır koronavirus pasiyenti var.
Fahrettin Kocanın sözlərinə görə, bu gün 1 116 pasiyent koronavirusdan sağalıb. Beləliklə, təhlükəli infeksiyadan sağalanların ümumi sayı 266 117 nəfərə çatıb.