Türkiyədə koronavirusdan ölənlərin sayı ARTDI – STATİSTİKA

Türkiyədə yenı növ koronovirusdan bu gün daha 76 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

“Daha 20 023 nəfər koronavirus testindən keçib, onlardan 3 892 nəfərinin cavabı pozitiv çıxıb. Hazırda 34 109 nəfər aktiv koronavirus daşıyıcısı var. Ölənlərin sayı isə 725 nəfərdir. İndiyə qədər 228 868 nəfər testdən keçib”. – deyə nazir qeyd edib.