Türkiyədə koronavirusdan sağalanların sayı 257 mini ötdü

Türkiyədə son 24 saat ərzində daha 48 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 999 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 509 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 289 635 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 207 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 257 731 nəfər təşkil edir.