Türkiyədə koronavirusla bağlı son durum

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

Yenicag.az ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bu gün 37 nəfər koronavirusun qurbanı olub.

226 min 651 COVID-19 testi aparılıb ki, bunun da 5 min 299-u müsbət çıxıb. 4 446 xəstə isə sağalıb.