Türkiyədə koronavirusla bağlı SON DURUM

Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb.

Yenicag.az ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 341 min 854 test aparılıb, 27 min 692 nəfərdə koronavirus aşkarlanıb.

Nazirliyin yayımladığı rəqəmlərə görə, son sutkada daha 237 nəfər koronavirusdan vəfat edib, 23 min 197 nəfər müalicə olunaraq sağalıb.