Türkiyədə koronavirusla bağlı SON DURUM

Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb.

Yenicag.az ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 354 min 857 test aparılıb, 18 min 141 nəfərdə koronavirus aşkarlanıb.

Nazirliyin yayımladığı rəqəmlərə görə, son sutkada daha 190 nəfər koronavirusdan vəfat edib, 24 min 245 nəfər müalicə olunaraq sağalıb.

COP29