Türkiyədə son 24 saat ərzində daha 17 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 167 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 186 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 202 284 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 543 nəfər olmaqla 176 695 nəfər təşkil edir.