Türkiyədə koronavirusla bağlı son durum

Türkiyədə son 24 saat ərzində 223 846 nəfərin COVID-19 testi yoxlanıb.

Yenicag.az xəbər verir ki, ölkədə günlük yoluxma sayı 5955 nəfər təşkil edib.

84 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 5 211 022 nəfərə çatdığı bildirilib. Onlardan 4186 nəfəri son sutka ərzində sağalanlardır.

Hazırda ölkə xəstəxanalarında 886 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.