Türkiyədə koronavirusla bağlı son GÖSTƏRİCİLƏR

Türkiyədə koronavirusla bağlı son 24 saat üçün olan statistika açıqlanıb.

Yenicag.az xəbər verir ki, ölkədə sutka ərzində 9 561 yeni yoluxma halı qeydə alınıb. 72 nəfər isə ölümcül virusun qurbanı olub.

Ölkə üzrə sağalan və ya karantin müddəti bitən Covid xəstələrinin sayı 5 297 nəfər təşkil edib. Ağır xəstələrin sayı isə 1200 nəfərə yüksəlib.