Türkiyədə koronavirusla bağlı SON GÖSTƏRİCİLƏR

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVID-19) daha 65 nəfər dünyasını dəyişib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 29 030 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 11 187 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 780 417 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 7 785 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 623 924 nəfər təşkil edir.