Türkiyədə koronavirusla bağlı son göstəricilər

Türkiyədə ötən gün 231 nəfər kornavirusun qurbanı olub. 

Yenicag.az ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir ki, Türkiyədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 346 min 435 test aparılıb, 27 min 688 nəfərdə koronavirus aşkarlanıb.

Nazirliyin yayımladığı rəqəmlərə görə, son sutkada daha 231 nəfər koronavirusdan vəfat edib, 27 min 949 nəfər müalicə olunaraq sağalıb.