Türkiyədə koronavirusla bağlı SON GÖSTƏRİCİLƏR – Daha 83 nəfər vəfat etdi

Türkiyədə son sutka ərzində 83 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 7241 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 27 821, virusa yoluxanlar isə 2 616 600 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 504 050 pasiyent (son sutkada 7217 nəfər) sağalaraq evə buraxılıb.