Türkiyədə koronavirusla bağlı son GÖSTƏRİCİLƏR – Sağalanların sayı 441 mini keçdi

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVID-19) daha 211 nəfər dünyasını dəyişib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 15 314 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 593 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 552 304 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 5 245 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 441 515 nəfər təşkil edir.