Türkiyədə koronavirusla bağlı son GÖSTƏRİCİLƏR – Yoluxanların sayı 215 minə çatır

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 20 nəfər ölüb.

Yenicag.az-ın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 43 231 şübhəli koronavirus testindən keçib, onlardan 992-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1049 xəstə sağalıb.

Türkiyədə indiyədək 214 993 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5402 nəfər ölüb, 196 720 nəfər müalicə olunaraq evə buraxılıb.

Nazir qeyd edib ki, Türkiyədə COVID-19 infeksiyasına yoluxma sayı təkrar mindən aşağı düşüb.

COP29