Türkiyədə koronavirusla bağlı son GÖSTƏRİCİLƏR – Yoluxanların sayı 217 minə çatır

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 21 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 42 411 şübhəli koronavirus testindən keçib, onlardan 933-nün cavabı pozitiv çıxıb. Bu gün daha 1087 xəstə sağalıb.

Türkiyədə indiyədək 216 873 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5440 nəfər ölüb, 198 820 nəfər müalicə olunaraq evə buraxılıb.