Türkiyədə koronavirusla bağlı son rəqəmlər açıqlandı

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

Yenicag.az xəbər verir ki, statistika ölkənin Səhiyyə Nazirliyi tərəfindən açıqlanıb.

Rəqəmlərə görə, Türkiyədə son 24 saatda 51 nəfər koronavirusun qurbanı olub.

221 min 52 COVID-19 testi aparılıb ki, bunun da 5 min 294-ü müsbət çıxıb.

Ağır xəstə sayının isə 808 nəfər olduğu qeyd edilib.