Türkiyədə koronavirusla bağlı son rəqəmlər

Türkiyədə son 24 saat ərzində 229 846 nəfərin COVID-19 testi yoxlanıb.

Yenicag.az xəbər verir ki, ölkədə günlük yoluxma sayı 5846 nəfər təşkil edib.

53 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 5 287 094 nəfərə çatdığı bildirilib.

Onlardan 6536 nəfəri son sutka ərzində sağalanlardır.