Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

Türkiyədə son 24 saat ərzində 225 527 nəfərin COVID-19 testi yoxlanıb.

Yenicag.az xəbər verir ki, ölkədə günlük yoluxma sayı 6609 nəfər təşkil edib.

86 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 5 173 186 nəfərə çatdığı bildirilib. Onlardan 5836 nəfəri son sutka ərzində sağalanlardır.

Hazırda ölkə xəstəxanalarında 1044 nəfər ağır COVID xəstəsi müalicə alır.