Türkiyədə koronavirusla bağlı son STATİSTİKA: 29 281 yeni yoluxma

Türkiyədə son sutka ərzində koronavirusdan daha 185 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Son sutkada 168 212 nəfər koronavirus testindən keçib, 6439 xəstənin koronavirus testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 29 281 nəfər COVID-19 şübhəlisi olaraq qeydiyyata alınıb.

Qeyd edək ki, Türkiyədə indiyədək 494 351 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 13 558 nəfəri ölüb.