Türkiyədə son 24 saat ərzində 223 482 nəfərin COVID-19 testi yoxlanılıb.
Yenicag.az verir ki, ölkədə günlük yoluxma sayı 7 112 nəfər təşkil edib.
Son sutka ərzində 129 nəfər koronavirus səbəbindən vəfat edib.
Bununla yanaşı, Türkiyədə ölümcül virusdan sağalanların sutkalıq sayının 9 457 nəfərə çatdığı bildirilib.
Hazırda Türkiyə xəstəxanalarında 1241 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.