Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusa sutkalıq yoluxma növbəti dəfə rekord həddə çatıb.

Yenicag.az Türkiyənin Səhiyyə Nazirliyinə istinadla verdiyi məlumata görə, ölkədə 44 756 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. İndiyədək ölkədə 3 445 052 nəfər koronavirusa yoluxub.

Son sutkada bu infeksiyadan 186 ölüm təsdiqlənib.