Son 24 saat ərzində Türkiyədə koronavirusdan 238 nəfər vəfat edib.
Yenicag.az ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, mayın 13-də yoxlanış məqsədilə götürülən 201 295 testdən 11 534-ü müsbət çıxıb.
Sutka ərzində 55 472 nəfər sağalıb və ya karantin müddəti başa çatıb.
Son rəqəmlərlə birlikdə Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 5 083 996-ya çatıb.
Ölkədə bu günədək 44 059 nəfər koronavirusdan vəfat edib, 4 856 763 nəfər isə koronavirusla mübarizədən qalib çıxıb.