Türkiyədə koronavirusla bağlı SON VƏZİYYƏT

Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb.

Yenicag.az ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 295 min 647 test aparılıb, 18 min 340 nəfərdə koronavirus aşkarlanıb.

Nazirliyin yayımladığı rəqəmlərə görə, son sutkada daha 244 nəfər koronavirusdan vəfat edib, 14 min 528 nəfər müalicə olunaraq sağalıb.