Türkiyədə koronavirusla bağlı SON VƏZİYYƏT

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 188 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 30 201 nəfər COVID-19 infeksiyasına yoluxub, 28 167 nəfər isə sağalıb.